BİZNES

13 Noyabr

 Azərbaycanda bu  müəssə və mühüm əhəmiyyətli obyektlər istifadəyə verilib - SİYAHI

2020-ci ilin yanvar-oktyabr aylarında istifadəyə verilən müəssə və mühüm əhəmiyyətli obyektlər istifadəyə verilib.

Azərbaycan Dövlət Statistika Komitəsinə istinadən finsşaz xəbər verir ki, Bakı şəhərində “Yeni klinika” tibb müəssisəsi, 3 saylı DOST mərkəzi, modul tipli xəstəxana kompleksi, modul tipli hospital, Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin modul tipli hospitalı, “Böyükşor” və “Əhmədli” elektrik yarımstansiyaları, S.Bəhlulzadə adına Mədəniyyət Evi, ADA Universitetinin iki yeni korpusu, 260 çarpayılıq 3 xəstəxana binası, 1925 şagird yerlik ümumi təhsil müəssisəsi, Naxçıvan Muxtar Respublikasında ümumi təhsil müəssisəsi, 3 ambulatoriya-poliklinika müəssisəsi, Sumqayıt şəhərində 2 tibbi maska istehsalı müəssisəsi, qoruyucu kombinezonların istehsalı müəssisəsi, modul tipli xəstəxana, Kimya Sənaye Parkının nəzdində Peşə Təhsili Mərkəzi, Gəncə şəhərində tikinti materialları istehsalı zavodu, Gəncə Şəhər Xəstəxanasının modul tipli infeksion xəstəliklər korpusu, 200 çarpayılıq xəstəxana binası, Azərbaycan Dövlət Aqrar Universitetinin yeni tədris korpusu, Mingəçevir şəhərində Dövlət Rəmzləri Muzeyi, Şəki şəhərində modul tipli xəstəxana, 200 çarpayılıq xəstəxana binası, Abşeron rayonunda modul tipli xəstəxana, Ağcabədi rayonunda “Asan Həyat” kompleksi, dənli bitki toxumlarının emalı zavodu, Ağstafa rayonunda “Azərxalça” ASC-nin filialı, Aqrar Sənaye Kompleksi, Balakən rayonunda regional “Asan xidmət” mərkəzi, Balakən şəhər Uşaq İncəsənət Məktəbinin yeni binası, “Azərişıq” ASC-nin Avtomatik İdarəetmə və Nəzarət Mərkəzi, Goranboy rayonunda “Azərxalça” ASC-nin filialı, İsmayıllı rayonunda modul tipli xəstəxana, Kürdəmir rayonunda “Asan Həyat” kompleksi, “Azərxalça” ASC-nin filialı, Qazax rayonunda əhəng zavodu, “Azərxalça” ASC-nin filialı, Qəbələ rayonunda modul tipli xəstəxana, Qobustan rayonunda modul tipli xəstəxana, Tərtər rayonunda Olimpiya İdman Kompleksi, Dövlət Rəmzləri Muzeyi, “Azərxalça” ASC-nin filialı, Tovuz rayonunda “Asan Həyat” kompleksi, “Azərxalça” ASC-nin filialı, Azərbaycan Aşıq Sənəti Dövlət Muzeyi, Tarix-Diyarşünaslıq Muzeyi, Dövlət Rəmzləri Muzeyi, Şəmkir rayonunda “Şəmkirçay” Sutəmizləyici Qurğular Kompleksi və s. mühüm əhəmiyyətli obyektlər istifadəyə verilib.