BİZNES

06 Noyabr

Azərbaycanlı milyarderin zavodu səhmdarlarına dividend ödəyəcək

Teymur Əhmədov adına “AzNar” QSC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək

Fins.az xəbər verir ki, bu barədə zavodun elanında məlumat verilir

Məlumata görə,elanda bildir ki, ölkədə mövcud olan xüsusi karantin rejimininmüddəti uzadıldığı təqdirdə Teymur Əhmədov adına “AzNar” QSC səhmdarlarının ümumi yığıncağı 21 dekabr 2020-ci ilsaat 14.00-da onlayn formatda keçiriləcək.

Qeyd olunur ki, növbəti ümumi yığıncağın gündəliyinə aşa­ğıdakı məsələlərin müzakirəsi daxil edilib.

1. Teymur Əhmədov adına “AzNar” QSC-nin 2019-cu il üçün illik (maliyyə) hesabatları barədə.

2.Teymur Əhmədov adına “AzNar” QSC-nin 2019-cu ilin maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrinə görə dividendlərin elan edilməsi və ödənilməsi barədə.

3. Teymur Əhmədov adına “AzNar” QSC-yə bank kreditlərinin cəlb edilməsi barədə.

4. Teymur Əhmədov adına “AzNar” QSC-nin nizamnamə kapitalı barədə.

5. Teymur Əhmədov adına “AzNar” QSC-nin direktorlar şurası barədə.

6. Teymur Əhmədov adına “AzNar” QSC-nin icra orqanı barədə.

7. Teymur Əhmədov adına “AzNar” QSC-nin yeni redaksiyada nizamnaməsi barədə.

Elanda həmçinin bildirilir ki,cəmiyyətin bütün səhmdarlarına izah olunur ki, səhmdarlar ümumi yığıncağın çağırılmasına 30 (otuz) gün qalmış gündəliyin layihəsinə aid təkliflər vermək və ümumi yığıncağa 15 (on beş) gün qalmış gündəliyə daxil edilmiş bütün məsələlər üzrə müvafiq sənədlərlə  cəmiyyətin inzibati binasında tanış olmaq hüququna malikdirlər.

Müəllif:Aynur Qəniyeva