BİZNES

05 Noyabr

Azərbaycanın 20-dən çox şirkətinin məhsulları 3-cü Çin Beynəlxalq İdxal Sərgisində nümayiş olunur

20-dən çox Azərbaycan şirkəti 3-cü Çin Beynəlxalq İdxal Sərgisində iştirak edir.

Fins.az xəbər verir ki, noyabrın 5-də Çin Xalq Respublikasının Şanxay şəhərində 3-cü Çin Beynəlxalq İdxal Sərgisi açılıb. Sərgidə 20-dən çox Azərbaycan şirkətinin məhsulları - nar şirəsi, fındıq, şərab və digər spirtli içkilər, meyvə distilyatları, mineral sular, un və qənnadı məmulatları, çay, mürəbbə, kompot, limonad, meyvə quruları və s. nümayiş olunur

Sərgi çərçivəsində potensial müştərilərlə görüşlər keçiriləcək.

Sərgi noyabrın 10-dək davam edəcək