BİZNES

05 Noyabr

Milyarderin Azərbaycandakı zavodu səhmdarların iclasını qeyri-müəyyən  müddətə  təxirə  saldı- SƏBƏB

Teymur Əhmədov adına “AzNar” QSC səhmdarlarının növbəti ümumi yığıncağı qeyri-müəyyən müddətə təxirə salınır. Fins.az xəbər verir ki,bu barədə şirkətin elanında məlumat verilib Məlumata görə,elanda bildirilir ki, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində geniş yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin 1 dekabr 2020-ci il saat 6.00-dək uzadılması barədə Qərarı nəzərə alaraq Teymur Əhmədov adına “AzNar” QSC səhmdarlarının 6 noyabr 2020-ci il saat 16.00-a təyin edilmiş növbəti ümumi yığıncağı qeyri-müəyyən müddətə təxirə salınır. Bildirilir ki, Teymur Əhmədov adına “AzNar” QSC səhmdarlarının növbəti ümumi yığıncağı Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejimi bitdikdən sonra keçiriləcək. Elanda həmçinin qeyd olunurki,bu barədə əlavə olaraq KİV-də elan dərc ediləcək və səhmdarlara müvafiq bildirişlər göndəriləcək.

Müəllif: Aynur Qəniyeva