"Akkord"-da daxil olan iki şirkət birləşdirilib
“Ak¬kord Asfalt” Məhdud Məsuliyyətli Cəmiyyəti “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiya¬sı” Açıq Səhmdar Cəmiyyətinə qoşulub.
Fins.az xəbər verir ki, bu barədə şirkətin elanında məlumat verilib
Məlumata görə “Akkord Asfalt” MMC-nin bütün hüquq və vəzifələri (öhdəlikləri) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 56.2-ci maddəsinə əsasən “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-ə keçir. “Ak¬kord Asfalt” MMC-in bütün kreditorları öz tələblərini “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nə müraciət etməklə bildirməlidir.
Qeyd edək ki, “Ak¬kord Asfalt” Məhdud Məsuliyyətli Cəmiyyəti 2014-cü il noyabrın 28-də 1502757341 dövlət qeydiyyat nömrəsilə Azərbaycan Respubli-kası Vergilər Nazirliyi Bakı şəhər Vergilər Departamentinin Kom¬mersiya Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən dövlət qeydiyyatına alınıb.
Müəllif:Aynur Qəniyeva