BİZNES

04 Noyabr

İqtisadiyyat Nazirliyi 75 obyektdə tələblərin pozulduğunu  AŞKARLAYIB

Fins.az xəbər verir ki, İqtisadiyyat Nazirliyinin sahibkarlıq subyektlərində (ictimai iaşə və turizm obyektləri istisna olmaqla) noyabrın 3-də keçirdiyi monitorinqlər zamanı Binəqədi rayonunda Təranə Binnətovaya, Pərviz Məmmədova, Adəm Şirinova məxsus mağazalarda, Nərimanov rayonunda “Beauty qadın salonu”nda, Elmin Hüseynova məxsus “Paltar mağazası”nda, Nəsimi rayonunda İlqar Avdiyevə, Şamil Məhərrəmova məxsus pərakəndə ticarət obyektlərində, Nizami rayonunda “Casa bella oboy mağazası”nda, Məhərrəm Qasımlıya məxsus mağazada, Qaradağ rayonunda “Al market”də, Sabunçu rayonunda “Megastore” mağazasında, Səbail rayonunda “Almart” ticarət obyektində, “City dental” stomatoloji kabinetində, Suraxanı rayonunda Arzuman Hüseynliyə, Ağa Nəcəfova məxsus pərakəndə ticarət obyektlərində, Xətai rayonunda Elnur Hüseynova, Olya Bayramovaya, Naidə Qurbanovaya məxsus ərzaq mağazalarında, Xəzər rayonunda Sevda Şabanovaya məxsus baytarlıq aptekində, Yasamal rayonunda “M.M market”də, “Bizim market”də, “Nayla estetik centre”də, Gəncə şəhərində “Altun inşaat” ticarət obyektində, Etibar Heydərova, Şahin Məmmədova, Tural Kazımova məxsus mağazalarda, Sumqayıt şəhərində “Gənclik market”də, Məhbubə Məmmədovaya, Kamil Hüseynova, Elxan Babaşova məxsus pərakəndə ticarət obyektlərində, Abşeron rayonunda Nailə Məmmədovaya, Xəqani Həsənova məxsus mağazalarda, Şəmkir rayonunda “Şəmkir inşaat mağazası”nda, “ESE ticarət mərkəzi”ndə, Sabirabad rayonunda Vasif Həsənova, Seyidrza Səmədova məxsus mağazalarda, Lənkəran rayonunda Mirnəsirə Cavadovaya, Şairə Səfərovaya məxsus pərakəndə ticarət obyektlərində, Cəlilabad rayonunda Cümşüd Əliyevə, Nahid Ağayevə məxsus mağazalarda, Şəki rayonunda Ramiz Həmidova, Elvin Abdulsəlimliyə məxsus pərakəndə ticarət obyektlərində, Quba rayonunda Tarıyel Lətifova, Vüqar Qaçıyevə məxsus mağazalarda, ümumilikdə, 75 obyektdə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu müəyyən edilib.

Nöqsanlara yol vermiş sahibkarlıq subyektləri barədə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görülüb.