BİZNES

03 Noyabr

Bakıda əsas kapitala yönəldilən vəsaitin həcmi 3,8% AZALIB

Bu ilin yanvar-sentyabr aylarında Bakıda əsas kapitala 6 687,3 mln. manat məbləğində, yaxud 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 6,3% çox vəsait yönəldilib.

Fins.az xəbər verir ki. bu barədə  Bakı şəhəri Statistika İdarəsi məlumat yayımlayıb 

Məlumata görə, əsas kapitala yönəldilmiş vəsaitin 3 277,3 mln. manatı və ya 49% bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə yönəlib. Bu illik müqayisədə 6,9% çoxdur.

Qeyd edək ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda əsas kapitala 10 430,2 mln. manat məbləğində, yaxud 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 3,8% az vəsait yönəldilib.