BİZNES

03 Noyabr

Bakının ictimai iaşə dövriyyəsi 58,4% AZALIB

2020-ci ilin yanvar-sentyabr aylarında ictimai iaşə dövriyyəsi 317,2 milyon manat olub.

 Fins.az xəbər verir ki, bu barədə Bakı şəhər Statistika idarəsi məlumata yayımlayıb. 

Məlumata görə bu göstərici 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 58,4 faiz azalıb.

Bildirilir ki,özəl sektorda ictimai iaşə dövriyyəsinin 70,4 faizi hüquqi şəxs statuslu müəssisələrin, 29,6 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların payına düşür.

Qeyd olunur ki, Hüquqi şəxslər üzrə dövriyyə 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 36,5 faiz azalaraq 224,6 milyon manat olub.

Müəllif: Aynur Qəniyeva