BİZNES

03 Noyabr

Azexport.az portalına daxil olan ixrac sifarişləri 6% ARTIB

 2020-ci ilin yanvar-sentyabr aylarında Azexport.az portalına 462,4 milyon ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub.

Fins.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2020-ci ilin oktyabr sayında məlumat verilib 

Məlumata görə,2020-ci ilin sentyabr ayında isə portala daxil olan ixrac sifarişlərinin dəyəri 33  milyon ABŞ dolları təşkil etmiş və ötən ilin müvafiq ayı ilə müqayisədə 6 % artıb.

Qeyd olunur ki, 2017-ci ilin yanvar ayından 2020-ci ilin 30 sentyabr tarixinə kimi (45 ay ərzində) Azexport.az portalına dünyanın 142 ölkəsindən  daxil olan ixrac sifarişlərinin dəyəri 2 milyard 47   milyon ABŞ dolları təşkil edib.   

Müəllif: Aynur Qəniyeva