BİZNES

02 Noyabr

Türkdilli dövlətlərin bəyanatı qəbul olunub

Bu gün Bakıda keçirilən Türkdilli Dövlətlərin Ticarət və Sənaye Palatasına üzv dövlətlərin rəhbərlərinin növbədənkənar iclasında Türkdilli dövlətlərin bəyanatı qəbul olunub.

Fins.az məlumatına görə bunu, “Azərbaycanın sosial-iqtisadi inkişafının yeni dövrü” mövzusuna həsr olunmuş Türkdilli Dövlətlərin Ticarət və Sənaye Palatasına üzv dövlətlərin rəhbərlərinin növbədənkənar iclasının nəticələrinə həsr olunan brifinqdə Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev deyib.

O qeyd edib ki, bəyanata əsasən Azərbaycanın işğaldan azad olunan ərazilərinin  inkişafına yönələn proqram hazır olunacaq.

Məmməd Musayev Proqram çərçivəsində kənd təsərrüfatı, turizmin inkişafı, türkdilli ölkələrin bu istiqamətdə təcrübəsi istifadə olunacaq. Burada həmçinin qarşılıqlı investisiya qoyuluşu nəzərdə tutulur ki, bu istiqamətdə bu gün razılaşma əldə olunub-deyə qeyd edib.