İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti müxtəlif proqram təminatı sistemlərinin satın alınmasına 18 milyon 510 min 779,01 manat yönəldəcək.
Fins.az xəbər verir ki, bu barədə məlumat www.tender.gov.az saytında dərc olunub.
Məlumata görə, Dövlət Vergi Xidməti “Caspel” şirkəti ilə proqram təminatı və avadanlıqların satın alınması və dəstək xidmətinin göstərilməsi haqqında 12 milyon 863 min 835,99 manat dəyərində müqavilə bağlayıb.
Eyni zamanda Dövlət Vergi Xidməti «Cybernet» şirkəti ilə platforma və proqram sistemlərinin hazırlanması və inteqrasiyası haqqında 5 milyon 646 min 943,02 manat dəyərində müqavilə bağlayıb.*