BİZNES

31 Oktyabr

Bitki və heyvan mənşəli piylər və yağların idxalı cüzi artıb

Cari ilin 3 rübündə ölkəyə 119,8 min ton bitki və heyvan mənşəli piylər və yağlar idxal edilib.

Fins.az Dövlət Gömrük Komitəsinə (DGK) istinadla xəbər verir ki, idxal edilən bitki və heyvan mənşəli piylər və yağların dəyəri 110,9 milyon ABŞ dolları olub.

Xatırladaq ki, 2019-cu ilin eyni dövründə 99,1 milyon dollarlıq 119,2 min ton bitki və heyvan mənşəli piylər və yağlar idxal edilib.