BİZNES

31 Oktyabr

Azərbaycan 9 ayda Körfəz ölkələrindən ən çox İrana məhsul göndərib

Cari ilin yanvar-sentyabr aylarında Azərbaycanın ən çox məhsul ixrac etdiyi Körfəz ölkələri sırasında ilk üçlükdə İran, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Oman qərarlaşıb.

Fins.az Dövlət Gömrük Komitəsinin məlumatına istinadla xəbər verir ki, İrana ixracın dəyəri 30 milyon dollar, BƏƏ-yə 8 milyon dollar, Omana isə 2,1 milyon dollar olub. Birləşmiş Ərəb Əmirliklərinə ixracın dəyərində azalma, İran və Omana isə artım müşahidə edilib