BİZNES

30 Oktyabr

Azərbaycanın 20-dən çox şirkətinin məhsulları “Çin Beynəlxalq İdxal Sərgisi” -ində nümayiş olunacaq

Noyabrın 5-10-dək Çin Xalq Respublikasının Şanxay şəhərində “Çin Beynəlxalq İdxal Sərgisi” keçiriləcək.

Fins.az xəbər verir ki,sərgidə İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə ölkəmizdə fəaliyyət göstərən 20-dən çox şirkətin istehsal etdiyi məhsullar - nar şirəsi, fındıq, şərab və digər spirtli içkilər, meyvə distilyatları, mineral sular, un və qənnadı məmulatları, çay, mürəbbə, kompot, limonad, meyvə quruları və s. nümayiş olunacaq.

Sərgi çərçivəsində Azərbaycan məhsullarının ixracının artırılmasına dair müzakirələr aparılacaq, potensial müştərilərlə görüşlər keçiriləcək.