BİZNES

22 Oktyabr

Azərbaycanın dəniz limanlarında yükdaşıma  7,8% ARTIB

2020-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanın dəniz limanları malların yük daşınmasını 7,8% - 6 milyon 545,6 min tona qədər artırıb.

Məlumata görə ümumi yük həcminin 6 milyon 241,8 min tonu və ya 95,4 faizi beynəlxalq tranzit yüklərin, 4,6 faizi yerli yüklərin payına düşüb.

Qeyd edək ki,2019-cu ilin yanvar-sentyabr ayları ilə müqayisədə tranzit yüklərin daşınması həcmində artım 12,2% təşkil edib.