"Aztelekom" MMC DSLAM telekommunikasiya avadanlığının satın alınmasına təxminən 850 min manat yönəldəcək.
www.tender.gov.az saytında dərc olunmuş məlumata görə, “Aztelekom” müvafiq tenderin qalibi olmuş “Huawei Technologies Azerbaijan” MMC ilə alqı-satqı müqaviləsi bağlayıb.
Müqavilənin dəyəri 849 min 441,89 manatdır (təxminən $0,5 milyon).