BİZNES

20 Oktyabr

Rusiya ilə Azərbaycan  arasında ticarət  dövriyyəsi  AZALIB

2020-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsi 1 milyard 939 milyon 170,11 min dollar təşkil edib ki, bu da 2019-cu ilin müvafiq dövrünün göstəricisindən 7,8% azdır.

Fins.az xəbər  ki, bu barədə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.

Yanvar-sentyabr aylarında Azərbaycanın bütün xarici ticarət dövriyyəsinin 10,54%-i Rusiya ilə ticarət əməliyyatlarının payına düşüb.

Hesabat dövründə Azərbaycan Rusiyaya $499 milyon 779,13 dəyərində məhsul ixrac edib (azalma 10,3%). Bütövlükdə, Azərbaycandan ixracın 4,72%-i Rusiyanın payına düşüb.

Yanvar-sentyabr aylarında Rusiyadan Azərbaycana idxalın həcmi $1 milyard 439 milyon 390,97 min (azalma 10,3%) təşkil edib. Azərbaycana idxalın ümumi həcmində 18,4% Rusiyadan tədarükün payına düşüb