BİZNES

19 Oktyabr

Azərbaycanda çörək istehsalı artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda çörək istehsalı artıb.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, hesabat dövründə ölkədə 1 057,3 min ton çörək istehsal edilib ki, bu da 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 1,1% çoxdur.

Təkcə sentyabr ayında ölkədə 119,7 min ton çörək istehsal olunub. Bu, avqust ayı ilə müqayisədə 3,1% və ya 3,6 ton çoxdur.