Pandemiya dövrü iqtisadiyyatın müxtəlif sahələrinin fəaliyyətinə mənfi yaxud müsbət yöndə təsir edib. Pandemiya və sərt karantin şəraiti ilə bağlı iri supermarketlərin fəaliyyətinə necə təsir etməsini araşdırıb.Ölkəmizdə fəaliyyət göstərən böyük market şəbəkələrindən biri olan “Araz” marketlər şəbəkəsinin İctimaiyyətlə əlaqələr üzrə mütəxəsisi Billurə Əmirova pandemiyanın təmsilçisi olduğu marketlər şəbəkəsinin fəaliyyətinə təsiri barədə fins.az -a açıqlama verərək bildirib ki, ümumi dəyərləndirsək, pandemiya dönəmi satışlarımıza mənfi təsir edib.Pandemiya dönəmində müştəri sayında azalmalar olub. Bu, özünü xüsusilə, iri mağazalarımızda biruzə verdi. Belə ki, insanlar daha çox evlərinə yaxın yerləşən marketlərimizə üstünlük verdilər.Pandemiya dövründə daha çox quru qida məhsulları məsələn un, makaron, düyü, yağ, şəkır tozu…və.s.kimi ərzaqların satışı artmışdı.
Pandemiya dövründə, online satış, “zəng et, topla” xidməti, çatdırılma xidməti fəaliyyət başladı
Bu dör ərzində impulsive məhsulların satışı zəifləyib.Pandemiya dövründə, online satış, “zəng et, topla” xidməti, çatdırılma xidməti fəaliyyət başladı. Burada məqsəd müştərilərin alış-veriş prosesini daha da asanlaşdırmaq idi. Billurə Əmirova qeyd edib ki, onu da xüsusi olaraq vurğulamaq istərdik ki, "Araz market"lərdə pandemiyanın ilk günlərindən etibarən dezinfeksiya və gigiyenik qaydalara ciddi şəkildə riayət olunur.
Sentyabr ayında ümumiyyətlə satışların səviyyəsi aşağı düşür
Pandemiyanın təmsil etdiyi marketlər şəbəkəsinin fəaliyyətinə təsirləri barədə məlumat verən "RAHAT" Supermarketlər şəbəkəsinin Marketinq şöbəsinin rəhbəri Kənan Şirinov bildirib ki, pandemiyanın ilin dövlərində insanlar ərzaq qıtlığı olacağını düşünərək daha çox ərzaq almağa başladılar. Daha sonra isə pandemiyanın uzanması eyni zamanda ərzaqla bağlı çətinliklərin olmaması ərzaq məhsullarının alışını nisbətən azaltdı. Bundan əlavə adətən sentyabr ayında ümumiyyətlə satışların səviyyəsi aşağı düşür belə ki, insanlar istirahətdən qayıdır,məkdəblər unversitetlər açılır. adamlar geyimə və digər ləvazimatlara daha çox vəsait ayırmağa çalışır və ərzaq alışı təbii ki, aşağı düşür. araz market vakansiya Sərt karantin rejiminin tətbiqi zamanı vaxt məhdudiyyətinin tətbiqi və digər səbəblər də iri marketlərin satışına təsir göstərdi. İnsanlar daha çox ən yaxın məhəlləarası kiçik marketlərə üstünlük verirdilər. Bu da iri supermarketlərin o cümlədən 24 saat fəaliyyət göstərən supermarketlərimizin fəaliyyətinə mənfi təsir göstərmiş oldu.
Pandemiya dövründə un, şəkər tozu, düyü kimi ərzaqların satışı çoxalmışdı
Pandemiya dövründə un, şəkər tozu, düyü kimi ərzaqların satışı çoxalmışdı. Ona görə ki, insanlar covid-19-un çörəklə də yayıla biləcəyini düşünərək çörəyi və digər unlu məmulatları evdə hazırlamağa üstünlük verirdilər. Pandemiya antiseptik vasitələrə tələbatı artırdığı üçün təmizlik vasitələrinin o cümlədən sabun və bu tip antibakterial məhsulların satışının artmasına təsir göstərdi. Qeyd edək ki, bu dövr ərzində daha çox onlayn sifarişlər aktuallaşdı. Belə ki, 4 yeni çatdırma xidməti ilə əməkdaşlıq etməyə başladıq. Əvvəllər bu tip xidmətlərlə bağlı əməkdaşlıq edən şirkətlərin sayı 1 idi.Hazırda bu şirkətlərin büdcəsi az olsa da "RAHAT" Supermarketlər şəbəkəsi marketlər şəbəkəsi ilə sıx əməkdaşlıq edir.
Müəllif: Aynur Qəniyeva