BİZNES

15 Oktyabr

İnnovasiyalar Agentliyi 43 beynəlxalq şirkətə müraciət göndərib

İnnovasiyalar Agentliyi yüksək texnologiyalar sahəsində çalışan 43 beynəlxalq şirkətə müraciət göndərib.

Fins.az xəbər verir ki,müraciətdə innovativ texnologiyaların insan həyatının bütün sahələrində mühüm rol oynadığı qeyd olunub. Hazırda həmin məhsulların tibbdə, kənd təsərrüfatında, sənayedə, hərbi və mülki məqsədlərlə, həmçinin terrorla mübarizədə geniş istifadə olunduğu bildirilib. Sentyabr ayının 27-də Ermənistan Azərbaycan Respublikasının ərazilərindəki qanunsuz işğallarını genişləndirmək məqsədi ilə hücüma keçərək 30 ildən çox davam edən atəşkəsi pozmuşdur: “Bütün bu illər ərzində Ermənistan BMT qətnamələrinə (№ 822 – 30 aprel 1993, № 853 – 29 iyul 1993, № 874 – 14 oktyabr 1993, № 884 – 11 noyabr 1993) uyğun olaraq Azərbaycan Respublikasının torpaqlarını azad etməmişdir və 27 sentyabr 2020-ci il tarixində, saat 06:00-da Azərbaycanın daha böyük ərazilərini işğal etmək cəhdi ilə hücuma keçmişdir. Hücumun ilk günlərindən ermənilərin əsas hədəfi dinc əhali və mülki obyektlər olmuşdu. Hazırda 1993 -cü ildən BMT tərəfindən qəbul edilmiş Azərbaycan Respublikasının ərazisini və suverenliyini dəstəkləyən qətnamələr Ermənistan terorrçu rejimi tərəfindən rədd edilmişdir. 1988-ci ildə başlayan münaqişə zamanı Ermənistan Azərbaycan respublikasının 20% ərazisini işğal etmiş, 1 milyondan artıq Azərbaycan vətəndaşı məcburi olaraq yaşayış yerlərini tərk etmiş, 20 min nəfər öldürülmüş, 50 min nəfər əlil olmuş və 4 min nəfər itkin düşmüşüdür. Xocalı şəhərində törədilmiş soyqırımı zaman Erməni terroristlərinin törətdiyi vəhşilik bütün dünyanı lərzəyə gətirmişdi.”

11 oktyabr 2020-ci ildə Ermənilər tərəfindən münaqişə zonasından 60 km uzaqlıqda yerləşən Gəncə şəhərinin dinc əhalisi hədəfə alınaraq 9 mülki şəxsin ölümü, 34 nəfərin yaralanması ilə nəticələnən terror aktı xüsusi qeyd edilmişdir. Ermənistan terror rejimi tərəfindən aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının mülki şəxslərini hədəfə alaraq məlum olan bütün müharibə qanunlarını pozması, beynəlxalq səviyyədə qəbul edilmiş bütün protokolları-Cenevrə Konvensiyasını, Haaqa Konvensiyasını, Qırmızı Xaç və digərlərinə riayət etməməsi də vurğulanmışdır. Müraciətdə İnnovasiyalar Agentliyinin yüksək texnoloji məhsulların Ermənistan terror rejimi tərəfindən dinc əhaliyə qarşı istifadə olunmasının əleyhinə olması xüsusi vurğulanmış və Ermənistan tərəfindən yüksək texnologiyalardan mülki əhaliyə qarşı istifadə olunmasının dəlillərini göndərməyə hazır olduğunu bildirmişdir. Müraciətin sonunda İnnovasiyalar Agentliyi beynəlxalq yüksək texnologiyalar istehsalçılarını kamikadze dronlar üçün nəzərdə tutulan texnologiya transferini və ehtiyat hissələrinin satışının dayandırılması, erməni hərbi şirkətləri və hərbi startaplar ilə əməkdaşlığı dayandırmağa çağırmışdır.