Pandemiya dövründə bir çox sahələr kimi ayaqqabı bazarına da təsir edib.
Nəzərə alsaq ki, karantində toyların olmaması da bu sahə daha da geriləyir.
Xüsusi olaraq da kişi ayaqqabılarına tələbat azalıb.
Fins.az yerli ayaqqabı industriyasını araşdırıb.
Paytaxta fəaliyyət göstərən sex sahibinin rəhbəri Cavid Məmmədov bildirir ki, yerli ayaqqabılar xaricdən gələn məhsullardan ucuzdur.
C.Məmmədov deyir ki, yerli xammaldan hazırlanan ayaqqabılar keyfiyyəti aşağı olsa da, qiyməti digərlərindən çox ucuzdur.
Türkiyə xammalından hazırlanan ayaqqabılar 100-250 manat arası, İran məhsulları 40-70 manata, Azərbaycan ayaqqabıları 25-35 manata, Çin istehsalı olan ayaqqabılar isə 12-25 manata qədər olur.
Rusiyada və Azərbaycanda ayaqqabı biznesi ilə məşğul olmuş sahibkar Əkbər Şahmalızadə Fins.az-a bildirib ki, hazırda Çin istehsalı olan ayaqqabılar demək olar ki, bütün bazarı ələ alıb. Onu da qeyd edib ki, nəinki Azərbaycanda hətta dünyanın bir çox ölkələrində də vəziyyət oxşardır.
Onun sözlərinə görə, alıcılar pandemiya dövründə keyfiyyəti qismən aşağı və ucuz məhsullara üz tutub.