BİZNES

15 Oktyabr

Maliyyə çətinliklər ilə üzləşən “Azərrabitəinşaat”-ın idarə heyətinin sədri dəyişir

“Azərrabitəinşaat” ASC səhmdarlarının ümumi yığıncağı keçiriləcək
 
Fins.az xəbər verir ki, bu barədə “Azərrabitəinşaat” ASC məlumat yayımlayıb.
 
Məlumata görə,16 dekabr 2020-ci il saat 11.00-da Bakı, Nəsimi rayonu, akademik Həsən Əliyev küçəsi 10/61 nömrəli ünvanda keçiriləcək iclasda cəmiyyətin idarə heyətinin yeni sədrinin seçilməsi və maliyyə çətinliklərinin (kommunal xidmət, əmlak və torpaq vergisi ödənişləri) müzakirəsi.nəzərdə tutulub.
Qeyd edək ki, sentyabrın 15-16-da Bakı Fond Birjasında “Azərrabitəinşaat” ASC-nin səhmlərinin 60,7634 ədədi və ya 78,76% -nin alqı-satqısı üzrə iki əqd bağlanıb. Səhmlərin nominal dəyərinə - 2 manata bağlanılıb. "Azərrabitəinşaat" ASC-nin səhmlərinin birjadan kənar platformada real dəyəri 3 manatdır.
 
Müəllif: Aynur Qəniyeva