BİZNES

14 Oktyabr

Azərbaycanda ən çox bu məhsullar BAHALAŞIB

2020 sentyabr ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından ən çox hansının bahalaşdığı açıqlanıb

Fins.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayımlayıb

Məlumata görə, daha çox bahalaşma yumru düyünün, qarabaşaq yarmasının, təzə və dondurulmuş balığın, brınza pendirinin, kəsmiyin, portağalın, bananın, gavalının, qozun, fındığın, xiyarın, pomidorun, bibərin, badımcanın, yerkökünün, çuğundurun, kartofun, soğanın, mərcinin qiymətlərində müşahidə olunub.

Qeyd edək ki,digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib. 

Müəllif: Aynur Qəniyeva