BİZNES

14 Oktyabr

Pərakəndə ticarət dövriyyəsi AZALIB 

2020-ci ilin yanvar-sentyabr aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 28054,9 milyon manatlıq mal satılıb 

Fins.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayımlayıb

Məlumata görə, 2020-ci ilin yanvar-sentyabr aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 15121,4 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 12933,5 milyon manatlıq qeyri-ərzaq malları satılıb

Qeyd olunur ki, 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 1,6 faiz, o cümlədən qeyri-ərzaq malları üzrə 6,3 faiz azalmış, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə isə 3,1 faiz artmışdır. Elektron ticarət dövriyyəsi ötən ilin yanvar-sentyabr ayları ilə müqayisədə 2,4 dəfə çox olub.

Müəllif: Aynur Qəniyeva