BİZNES

14 Oktyabr

Əsas kapitala yönəldilən vəsait AZALIB

2020-ci ilin yanvar-sentyabr aylarında əsas kapitala 10430,2 milyon manat məbləğində vəsait yönəldilib.

Fins.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayımlayıb 

Məlumata görə, bu göstərici  2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 3,8 faiz az vəsait yönəldilib. Neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 15,2 faiz artmış, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 14,1 faiz azalmışdır. İstifadə olunmuş vəsaitin 6995,8 milyon manatı və ya 67,1 faizi məhsul istehsalı sahələrinə, 2492,0 milyon manatı (23,9 faizi) xidmət sahələrinə, 942,4 milyon manatı (9,0 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunub.

Bildilir ki,əsas kapitala yönəldilmiş vəsaitlərin 6665,8 milyon manatını və ya 63,9 faizini daxili vəsaitlər təşkil etmişdir. Əsas kapitala yönəldilmiş vəsaitlərin 6667,2 milyon manatı və ya 63,9 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub. 

Müəllif: Aynur Qəniyeva