Bir çox insan istəklərini peşə həyatında davam etdirməyi xəyal edir. Gələcək iş bazarını izləmək və ona uyğun formalaşmaq daha çox tövsiyyə edilir. Texnologiyanın inkişafı tələbləri dəyişib, keçmişdə mövcud olmayan peşələrin daha vacib olduğu bildirlir. Hazırda mövcud olan peşələrdən bəziləri keçmişdə olduğu qədər önəmli hesab olunmurlar. Günlər və zamanlar dəyişdikcə yeni peşələr yaranır və bu sahələrdə yeni tələblər irəli sürülür.
Covid -19 pandemiyası və sərt kranatin rejimin tətbiqi məsafədən işləmək ,şirkətlərin eyni zamanda inzibati qurumların fəaliyyətinin məsafədən təşkilini aktuallaşdırdı. Belə ki, şirkətlər daha çox onlayn işə və onlayn xidmətlərə üstünlük verməyə başladılar. Bu da təbii ki, əmək bazarında meyillərin və tələblərin dəyişməsinə gətirib çıxardı.
Fins.az pandemiya dövründə ən çox tələb yaranan peşələrlə bağlı araşdırma aparıb.
"Ness.co" işədüzəltmə agentliyinin nümayəndəsi Humay Fərzullayeva bildirib ki, pandemiya dövründə ən çox İT mütəxəssilərə,eyni zamanda satış mütəxəssislərinə,müxtəlif nəqliyyat vasitələri üzrə ixtisaslaşan sürücülərə o cümlədən, dərman vasitələri, əczaçılıq məhsullarının satışı üzrə mütəxəssislərə tələb daha çox artıb. O qeyd edib ki, pandemiya dövründə İT mütəxəssislərə tələbin yaranmasının əsas səbəbi şirkətlər tərəfindən onlayn fəaliyyətin təşkili ilə bağlı olub. Əlavə edib ki, əzcaçılıq məhsullarına və dərman vasitələrinə tələbin artması bu sahədə satış menecerlərinə də tələbat yaratmış olub. Ayrı-ayrı şirkətlər məsafədən xidmət göstərdiyi üçün ünvana çatdırılma da aktullaşmışdı.Ona görə də sürücülərə tələbat yaranmışdır.
Əsasən ayrı-ayrı iri şirkətlər və böyük zavodlara HR xidməti göstərən "INTERTEK MOODY INTERNATIONAL" Azərbaycan şirkətinin nümayəndəsi Elçin Əhmədov pandemiya dövründə ən çox tələb olunan mütəxislərlə bağlı nəzərəçarpan dəyişikliyin olmadığını ancaq pandemiyanın müəyyən ən-ənəvi ixtisaslara sahib olan şəxslərə qarşı tələbləri nisbətən dəyişdiyini də vurğulayıb. Belə ki, tələb olunan şəxslərə İT sahədə elementar yaxud ixtisaslı biliklərin olması da əlavə edilib. Bu da pandemiya zamanı əsasən məsafədən işləmək və bu zaman informasiya texnologiyalarından aktiv istifadənin zəruri olması ilə əlaqədardır.
Covid-19 pandemiyasının bir çox sahələrində müəyyən qədər dəyişikliklər yaratdığını hər birimiz öz həyatımızda da hiss edirik. Məsafədən xidmət,məsafədən işləmək və nağdsız ödənişlərə eyni zamanda insanlarla az ünsiyyətdə olmaq həyat şərtlərimizi və vərdişlərimizi istər-istəməz dəyişib.
Müəllif: Aynur Qəniyeva