Şərq dünyası üçün ənənəvi bazarların yerini heç nə vermir. Nə qədər müasir mazağalar, supermarketlər açılsa da, orta statistik azərbaycanlı ən azı meyvə-tərəvəz məhsullarını bazardan almağa üstünlük verir.
Fins.az-ın araşdırmasına görə, lakin dəyişən dünyada bazarların da dəyişib müasirləşməsinə ehtiyac var. Yoxsa onlar onsuz da azalan alıcı kütləsini itirə bilərlər.
Ekspertlər deyir ki, alıcıların bazarlara üz tutmasının aşağıdakı səbəbləri var:
- Təbii, orqanik məhsul almaq istəyi
- Daha ucuz məhsul əldə etmək
- Ənənələrə sadiqlik
- Xırda sahibkarlığa, fermerlərə dəstək
Hazırda ilk iki şərti ödəyən başqa satış obyektlərinin mövcudluğunu nəzərə alsaq, bazarların hər keçən gün rəqabətdə uduzduğunu demək olar. Sonrakı şərtlər isə heç də hamı üçün prioritet sayılmır.
Bəs bazarlar supermarketlərə əsasən nədə uduzur?
- Dizayn
- Texnologiyalar
- Sosial amillər
Səliqə-sahmanlı, işıqlı marketlərin cəlbediciliyi həm də onların alıcı ilə ünsiyyətindədir. Nağd ödənişdən kartla ödənişə keçid edən alıcı özünü supermarketlərdə daha komfortlu hesab edir, nəinki bazarlarda.
Bazarlarda bu şəraiti yaratmaq isə elə də çətin deyil. Yetər ki, istək olsun.