BİZNES

13 Oktyabr

"Pandemiya şirkətlərin onlayn çalışmasına və onlarda “homeoffice” anlayışını yaratmağa təkan verdi"

Pandemiya şirkətlərin onlayn çalışmasına və onlarda “homeoffice” anlayışını yaratmağa təkan verdi.

Fins.az xəbər verur ki, bunu Ultra Technologies şirkəti, Marketinq komandasının rəhbəri Malik Rəşidov deyib.

O bildirib ki,şirkətlər əvvəlki iş fəallıqlarını yeni formatda qurmağa başladılar. İclas və görüşlərin video konrans formatında keçirilməsi, “helpdesk” xidmətlərinin artıq tam online edilməsi, bulud texnologiyalarından istifadə edən platformalara keçid, mobil tətbiqlərdən istifadə, elektron sənəd dövriyyəsinə ehtiyacın yaranması, elektron imzadan istifadənin artırılması, tapşırıqların idarəolunması üçün onlayn platformalardan istifadə, Agile platformalarına keçid və s. numunələr çəkmək olar.  Misal çəkdiyim hər bir həllin proqram təminatının çalışması üçün şirkətlərin texnoloji bazalarının yenilənməsi və ya tam yeni məhsulların almasına tələb yaratmışdır.

Müəllif:Aynur Qəniyeva