BİZNES

13 Oktyabr

Malik Rəşidov: Restoran xidmətləri və yemək sifarişi çatdırılması tətbiqləri daha çox yaradılıb

Restoran xidmətləri və yemək sifarişi çatdırılması tətbiqləri daha çox yaradılıb

Fins.az xəbər verir ki, Bunu "Ultra Technologies" şirkəti, Marketinq komandasının rəhbəri Malik Rəşidov biznes pandemiya dövründə subyektləri tərəfindən  aplication-ların sifarişi yaxud bu yöndə başqa  müraciətlərlə bağlı verdiyi açıqlamada bildirib 

O qeyd edib ki, yerli bazarı təhlil etdikdə görə bilərik ki, pandemiya dövründə əsasən yemək sifarişi, onlayn çatdırılma, geyim və bank xidmətləri sahəsində yeni mobil tətbiqlər yarandı. Xarici ölkələrdə isə bunlardan savayı daha geniş imkanlara sahib xidmətlər yaranmışdı. Hətta, sosial tipli mobil tətbiqlər yaradaraq, köməyə ehtiyacı olan insanlara maddi ianələr,qidalanması üçün yardımların çatdırılması və s.

Malik Rəşidov eyni zamanda bu sahədə xarici ölkələrdə müşahidə edilən tendensiya barədə məlumat verərək bildirib ki, dünya üzrə ümumi təhlil isə göstərir ki, ən çox restoran xidmətləri və yemək sifarişi çatdırılması tətbiqləri daha çox yaradılmışdır. Əminliklə deyə bilərəm ki, pandemiyanın öncədən uzunmüddətli olacağı bilinsəydi yaradılacaq xidmətlərin sayı qat-qat çox olacaqdı.

Müəllif:Aynur Qəniyeva