BİZNES

13 Oktyabr

Kirayə mənzil bazarında SON VƏZİYYƏT

“Pandemiyadan öncə 400-450 manata kirayə verilən evlər də hazırda 350-330 manata həm axtarılır, həm də kirayə verilir”

Bu barədə Fins.az-a "VECON CONSULTİNG" MMC-nin Təsisçi və Direktoru Vüqar Oruc deyib.

Onun sözlərinə görə, bu il pandemiya ilə əlaqədar bazarın bu seqmentində ucuzlaşma baş verir.

O, bildirib ki, hətta müharibə gedən ərazilərdən yaşlı və hərəkət imkanı məhdud olan insanları çıxaran ailələr olsa da onlar birbaşa mərkəzə -Bakıya yox həmin rayonlara yaxın ərazilərə üz tutur.

“Pandemiya ilə əlaqədar kirayə mənzil bazarında çox ciddi problemlər var”

Yəni Bakıya böyük bir axın olduğunu demək mümkün deyil. Kirayə mənzil bazarında adətən ilin bu aylarında ali təhsil ocaqları açıldığı və regionlarda Bakıya tələbələrin axını olduğu üçün kirayə mənzil bazarında mühüm canlanma müşahidə edilirdi. Hazırda onlayn tədris həyata keçirildiyinə görə, pandemiya ilə əlaqədar kirayə mənzil bazarında çox ciddi problemlər var.

“Bəzi ekspertlər canlanmanın olduğunu desə də bu həqiqətə uyğun deyil. Bizim realiter dostlarımız var ki ,əvvəllər iki otaqlı mənzili məmnuniyyətlə onlar. 450-500 AZN-ə kirayə verirdisə hazırda ixtisaslaşmış əmlak saytlarına 350—330 AZN-ə elanlar yerləşdiriblər.

"Kirayə mənzil bazarında nisbətən ucuzlaşma müşahidə edilir".

Eyni zamanda kirayə mənzil bazarında faktların sayı azalıb. Bəzi istisnalar var. Müəyyən işlərlə bağlı şəhərə gələnlər var ki,hansı ki,onlar üçün kirayə mənzil əldə etmək mühümdür. Başqa problemlərlə bağlı mərkəzə üz tutanlar var onlar da kirayə bazarına müraciət edir. Demək olmaz ki, kirayə bazarı tamamilə sıradan çıxıb.

"İstər alqı-satqı bazarı istər kirayə bazarı heç də yaxşı olmayan dövrünü yaşayır"

Təbii ki, torpaqlarımız işğaldan azad olunandan sonra bizim bu sahədə uzunmüddətli perspektivə hesablanan gözləntilərimiz var”.