Vətəndaşlara erməni hakerlər tərəfindən müxtəlif yoluxdurma məqsədli phishing maillər göndərilir:
Fins.az xəbər verir ki, bu barədə Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzi məlumat yayımlayıb
Məlumata görə vətəndaşlara erməni hakerlər tərəfindən aşağıdakı mövzulu müxtəlif yoluxdurma məqsədli phishing maillər göndərilir:
1. "erməni qurbanları siyahı"
2."миноборона азербайжана опубликовало список погибших"
3. Хакеры взломали базу данных министерство обороны Азербайджана и опубликовали список погибших азербайжанских военнаслующих.
4. Hesabat.exe
5. Siyahı.exe
6. Təlimat.exe və s.
Qeyd olunur ki, vətəndaşlardan bu kimi və bənzər mövzulu elektron poçtların alışı zamanı diqqətli olmağı, viruslu faylları açmamağı və dərhal belə məktubları silməyi və ya analiz üçün bizə göndərməyinizi tövsiyyə edirik.
Mərkəz düşmənin kiberhücum və kütləvi dezinformasiya siyasətinə qarşı bütün vətəndaşlarımızı diqqətli və ayıq-sayıq olmağa çağırır
Müəllif:Aynur Qəniyeva