BİZNES

09 Oktyabr

Azərbaycanda pandemiya dövründə bərpa olunan SEKTORLAR

Rusiyada pandemiya dövründə event-sənayesi bərpa olunur.

Bu barədə Rusiyanın məşhur “TimePad” saytı araşdırma edib.

Araşdırmada qeyd olunub ki, ölkənin əyləncə, idman, xaricdə təhsil, ziyafət, konsertlər və bu kimi digər sektora aid olan hadisələrində inkişaf müşahidə olunur.

Fins.az pandemiya dövründə Azərbaycanda bərpa olan və zəifləyən bənzər sektorlar haqqında araşdırma edib.

Qeyd edək ki, ölkədə pandemiyadan əlavə, cəbhədə baş verən hadisələr də yuxarıda qeyd olunan sektorlara ciddi təsir göstərib.

Ölkədə mart ayından toylara qoyulan qadağanı nəzərə alsaq, bu sahələrdəki çöküşü demək olar. Çünki bu gün Azərbaycanda event sənayəsi daha çox toylarla xarakterizə olunur.

Ölkə şou-biznesindən aşpazlıq xidmətinə qədər bir çox sahələr məhz toylar sayəsində fəaliyyət göstərir.

Turizm sektorunun çöküşü isə bütün dünyada inkaredilməz bir səviyyədədir. Bu sektorun nə zaman bərpa olub əvvəlki vəziyyətə çatacağı dəqiq deyil.

Lakin məcburiyyətdən doğan yeni sahələrin inkişafını da danmaq olmaz. Bunlara daha çox onlayn xidmətlər aiddir. Kuryer xidmətləri, onlayn ticarət, onlayn muzey, teatr saytları ölkəmizdə də yeni mərhələyə keçid aldı.

Araşdırmaya görə, Azərbaycan post-pandemiya dövründə iqtisadi aktivliyini daha qısa zamanda bərpa etməyə çalışan ölkələrdən biridir. Güman olunur ki, koronavirusla bağlı maddi dəstək paketi post-pandemiya dövründə iqtisadi aktivliyi daha qısa zamanda əldə etməyə imkan verəcək.

Tuncay Türbəndəzadə