BİZNES

08 Oktyabr

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi təlimlər təşkil edəcək

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İKT LAB Tətbiq və Tədris Mərkəzinin dəstəyi və AREA Akademiyasının təşkilatçılığı ilə Şanlı Ordumuzun zəfərlərini tərənnüm etmək məqsədilə məktəbli və tələbələr üçün "AREA Mən Pilotam", "AREA Helikopter Mühəndisliyi", "AREA Robotexnika" təlimləri keçiriləcək.

Fins.az xəbər verir ki, bununla bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi məlumat yayımlayıb

Məlumata görə, 18 Oktyabr tarixinə qədər qeydiyyatdan keçən hər kəs təlimlərdə tam ödənişsiz iştirak edə bilər. İlk ay nəzəri biliklərin öyrənilməsi onlayn rejimdə keçiriləcək. Sonrakı aylarda mərkəzdə praktiki dərslər təşkil olunacaq.Təlimlərdə mən pilotam //www.robot.org.az/i-am-pilot-drone ,Helikopter Mühəndisliyi  //www.robot.org.az/helicopter ,robotexnika – //www.robot.org.az/robotexnika-1 proqramlar tədris olunacaq.Təlimdə iştirak üçün 18 Oktyabra qədər ödənişsiz qeydiyyatdan keçmək üçün aşağıdakı linkə daxil olub qeydiyyatdan keçmək lazımdır.//forms.gle/ZbLDrU3nUpX4W9Uv6

Müəllif:Aynur Qəniyeva