Fərhad Əhmədov hesab edir ki, Vardanyan Putinə müraciət edərək rus xalqının hissləri barədə spekulyasiya edir. Onun fikrincə, Ermənistan Rusiya üçün "daşıması çətin olanan çamadandır, amma atmaq da istəmir".
Fins.az "RBC"-ya istinadən xəbər verir ki, bunu Azərbaycan əsilli rus iş adamı, Federasiya Şurasının keçmiş üzvü Fərhad Əhmədov, erməni əsilli rus iş adamı Ruben Vardanyanın Dağlıq Qarabağdakı vəziyyətə müdaxilə tələbi ilə prezident Vladimir Putinə müraciətinə münasibət bildirib.
Əhmədovun sözlərinə görə, o və Vardanyan ikinci vətənləri Rusiyadır və burada sahibkar kimi yaşayırlar, bu səbəbdən bu ölkənin maraqları hər ikisi üçün çox əzizdir. “De görüm bəs niyə Dağlıq Qarabağda baş verənlər barədə ruslara yanlış məlumat verirsiniz? Niyə əslində olanlara uyğun olmayan sözlərlə Prezident Putinə müraciət edirsiniz? " - deyə o "Exo Moscow" saytındakı bir bloqda yazıb
Əhmədov hesab edir ki, "ermənilərin əbədi məğlubedilməzliyi haqqında mif birdən çökəndə və Ermənistan rəhbərliyinin işlərinə cavabdeh olması ehtiyacının qoxusu gələndə" Putinə və dünya ictimaiyyətinə müraciət etmək lazım idi.
Müəllif:Aynur Qəniyeva