BİZNES

08 Oktyabr

Gülnar Absalamova:WTEAM məsafədən və narahat rejimdə çalışan komandalar üçün virtual ofis mühiti təqdim edir

WTEAM olaraq biz məsafədən və narahat rejimdə çalışan komandalar üçün virtual ofise mühiti təqdim edir

Fins.az xəbər verir ki, bunu WTEAM startapının rəhbəri Gülnar Absalamova məlumat verib 

 O bildirib ki, covid-19 demək olar ki bütün iş sferalarında çalışan şirkətləri uzaqdan çalışmağa məcbur etdi. Bu isə bütün şirkətlər üçün ağrılı və uzun bir prosesə çevrildi. Düşünün siz ofisdə komanda yoldaşlarınıza sinxron olaraq danışa, fikir mübadiləsi edə, bir proyekt üzərində qarşılıqlı çalışa bilərsiniz, ancaq işlər uzaqdan idarə etdildikdə komandalar və fərdlər arasında böyük kommunikasiya problemləri yaşanır.

Gülnar Absalamova WTEAM-in fəaliyyət prinsipi ilə bağlı  qeyd edib ki, sadə bir fikir mübadiləsi etmək üçün bir neçə addım izlənməli olur. Məs, siz ilk öncə meeting edəcəyiniz komanda yoldaşlarınızla telefon (yaxud digər komnukasiya vasitələri slack,  wp, telegram)  danışıb günü və saatı dəqiqləşdirməlisiniz daha sonra  Zoom-da meeting hazırlamalı, meeting linki kopyalamalı, email hazırlamalı, emailə link əlavə etməli, komanda yoldaşınıza dəvət göndərməli, o isə öz növbəsində dəvətnaməni görməli və təsdiq etməlidir. Bu prosesi yazıb izah etmək belə çox uzun və sıxıcıdır.
Startap rəhbəri bildirib ki, biz bu uzun və sıxıcı prosesi daha maraqlı, asan, cəld etmək üçün proqram təminatı hazırlamışıq. Bizim proqram təminatında istifadə etmək üçün programı komputerinizə yükləyib öz virtual ofisinizi yaratmağınız kifayətdir.

Xanım layihə rəhbəri fikirlərinin davamında "program vasitəsi ilə siz bütün komanda yoldaşlarınızı eyni ofisdəki kimi bir yerdə gör bilər, onların hansının hal-hazırda danışmaq (video meeting üçün) üçün uyğun olduğunu, hansı layihə, sənəd, iş üzərində çalışdığını onlayn görə və sadecə bir kliklə onunla video meetingə başlaya bilərsiniz"-deyə qeyd edib 

Bildirib ki, eyni zamanda öz ekranınızı paylaştığınız andan etibarən komanda yoldaşınızla sanki yan-yanaymışsınız kimi bir sənəd,layihə üstündə birlikdə çalışa bilərsiniz.

Gülnar Absalamova proqram təminatının hazrılanmasına çox qısa müddət əvvəl başlamağımıza baxmayaraq, hal-hazırda Azərbaycandan 3, Bəhreyn Krallığından 1, Türkiyədən 2, Ukraniyadan 1 startup mərkəzləri ilə əməkdaşlığ etməyə başlamışıq.

Müəllif:Aynur Qəniyeva