BİZNES

06 Oktyabr

“Azərxalça” xalça emalatxanasının tikintisinə 2,3 milyon manata yaxın vəsait yönəldəcək

"Azərxalça” ASC Goranboy rayonu Goranboy rayonunda xalça emalatxanasının tikintisinə 2,3 milyon manata yaxın vəsait yönəldəcək.

www.etender.gov.az saytının məlumatına görə, “Uğur Tikinti” MMC ilə Goranboy rayonu, Aşağı Ağcakənd qəsəbəsində xalça emalatxanasının tikintisi, avadanlıqlarla, dəzgahlarla təchizatı və infrastrukturun yaradılmasını nəzərdə tutan müqavilə imzalanıb.

Müqavilənin dəyəri – 2 milyon 272,186 min manatdır.