Azərbaycandakı Amerika Ticarət Palatası (AmCham) Dağlıq Qarabağ bölgəsində və Azərbaycanın digər ərazilərində inkişaf edən hadisələrdən dərindən narahatdır.
Fins.az xəbər verir ki, bu barədə AmCham Azərbaycan, Azərbaycana qarşı edilən bütün hücumları, xüsusən də son vaxtlar Ermənistan ərazisindən dinc əhalinin və strateji infrastruktur obyektlərinin geniş miqyaslı atəşə tutulmasını kəskin şəkildə pisləyir.
AmCham Azərbaycan birmənalı şəkildə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində və BMT Təhlükəsizlik Şurasının bütün, dərhal, tam və qeyd-şərtsiz geri çəkilməsini tələb edən 822, 853, 874 və 884 saylı qətnamələrinə uyğun olaraq həll edilməsinə çağırır.
Son bir həftə ərzində işğal olunmuş bir neçə ərazinin erməni işğalından azad edilməsi, son 30 ildə ilk dəfə bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünün öz evlərinə qayıtması və bölgədəki davamlı sülh və sabitlik ümidini verir.