BİZNES

23 Sentyabr

Rusiyada 100 bank bağlanacaq

Rusiyanın təxminən 100 bankı yaxın 3 ildə bazardan çıxacaq.

Fin.az xəbər verir ki, bu iddia ilə Rusiyanın Analitik Kredit Reytinq Agentliyinin (AKRA) rəhbəri Mixail Suxov çıxış edib. Onun sözlərinə görə, bu banklardan üçdə biri könüllü şəkildə bazarı tərk edəcək:

“Yaxın üç ildə ixtisar olunan bankların sayı 100-ə çatacaq. Bankların çoxu rentabelliyini itirir. Səhmdarlar başa düşürlər ki, faydasız bankı saxlamaq perspektivi olmayan məşğuliyyətdir. Görünən odur ki, Rusiya Bankı bu prosesin qarşısını almır”.