BİZNES

15 Sentyabr

Azərbaycan Rusiyaya ixracı 1,2 dəfə artırıb

2020-ci ilin yanvar-avqust aylarında Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsi 1 milyard 712 milyon 661,91 dollar təşkil edib ki, bu da 2019-cu ilin müvafiq dövrünün göstəricisindən 6,3% azdır. Bu barədə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.

Yanvar-avqust aylarında Azərbaycanın bütün xarici ticarət dövriyyəsinin 10,34%-i Rusiya ilə ticarət əməliyyatlarının payına düşüb.

Hesabat dövründə Azərbaycan Rusiyaya 463 milyon 313,12 dollar dəyərində məhsul ixrac edib Bütövlükdə, Azərbaycandan ixracın 4,69%-i Rusiyanın payına düşüb.