Bogazichi Ventures venchur fondu, Azərbaycanda startapların maliyyələşdirilməsi üçün ilk mərhələdə 5 milyon dollar yönəltməyi planlaşdırır
Fins.az interfax-a istinadən xəbər verir ki,bunu Fondun nümayəndəsi Turan Alməmmədov bildirib.
O qeyd edib ki, bu məbləğ ölkədəki işimizin ilk mərhələsini təmsil edəcək. Gələcəkdə hədəflərimiz və planlarımız reallaşdıqca bu məbləği artıra bilərik.
Alməmmədovun sözlərinə görə, Fond öz vəsaitlərindən bir neçə sahədə layihələrin maliyyələşdirilməsinə istifadə etməyi planlaşdırır.Əsas istiqamətlər biotexnologiya, maliyyə texnologiyası və blokçeyn texnologiyaları sahəsindəki startupların maliyyələşdirilməsi olacaq" deyə qeyd Alməmmədov.
Bogazichi Ventures xarici vençur fondlarının Azərbaycandakı ilk nümayəndəsidir. Azərbaycan İnnovasiya Agentliyinin İdarə Heyətinin sədri Tural Kərimli əvvəllər qurumun çox sayda vençur fondu ilə danışıqlar apardığını bildirərək qeyd edib ki, əsas problem bu Vəqflərin bizə uyğun olmayan startaplarımızı öz ölkələrində qeydiyyatdan keçirmək istəmələri idi.
Müəllif:Aynur Qəniyeva