2019-cu ilin iyununda yaradılan “Güvən Ceramic” MMC-nin rəhbəri barəsində “İnzibati xəta” törətdiyinə görə cərimə protokolu tərtib edilib.
Fins.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən Qaradağ Rayon Məhkəməsinə təqdim edilən protokolda qeyd edilir.
Rayon məhkməsinə təqdim edilən protokolda şirkətin rəhbəri olan Məmmədov Kamal Həmzə oğlunun İnibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 1 000 manat məbləğində cərimə edilib.
Şirkət rəhbərinin apelyasiya məhkəməsinə Qaradağ Rayon Məhkəməsinin qərarı ilə bağlı şikayəti nəticəsiz qalıb. Qərar dəyişilməyib.
Xatırladaq ki, bu bəndə qeyd edilir: Sahibkar tərəfindən yoxlama prosesində yoxlamaya aid sənədlərin yoxlayıcıya təqdim edilməməsinə, yoxlama zamanı yaranan suallara şifahi və (və ya) yazılı izahatlar verilməməsinə, təhrif olunmuş, yanlış məlumatın verilməsinə və ya sahibkarlıq fəaliyyəti üçün istifadə olunan əraziyə, istehsal və emal müəssisələrinə, anbarlara, satış sahələrinə, nəqliyyat vasitələrinə, habelə sahibkarlıq fəaliyyəti üçün istifadə olunan digər yerlərə baxış keçirilməsinə mane olmağa görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir.
© Banker