Cari ilin yanvar-iyun aylarında xarici müəssisə və təşkilatlar tərəfindən əsas kapitala 2 milyard 454,4 milyon manat vəsait yönəldilib.
Dövlət Statistika Komitəsindən bildirilib ki, xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala yönəldilmiş vəsaitin 2 milyard 174 milyon manatı (88,6 faizi) Birləşmiş Krallıq, ABŞ, Türkiyə, Yaponiya, Norveç, Malayziya, İsveçrə, Rusiya və İran sərmayədarlarına məxsus olub.