BİZNES

22 İyul

TikTok-un amerikalı investorları servis üzərində idarəni ala bilərlər: Səbəb nədir?

ByteDance şirkətinin amerikalı investorlardan ibarət qrupu TikTok servisi üzərində idarənin alınması üzrə şirkət rəhbərliyi ilə danışıqlar aparır. Bu barədə Business Insider saytı xəbər verib. Söhbət hələ ilkin danışıqlardan gedir. Məlumata əsasən bu, TikTok servisinin ABŞ-da bloklanmasının qarşısını almaq üçün nəzərdən keçirilən ssenarilərdən biridir.

    Sözügedən müqavilədə iştirak edə biləcək investorlar arasında General Atlantic və Sequoia Capital şirkətləri ola bilərlər. TikTok-un idarə paketinin satılması barədə ilk məlumatlar hələ keçən ilin sonunda ortaya çıxmışdı. 2020-ci ilin əvvəlində məlum oldu ABŞ hökuməti TikTok servisini öz regionunda bloklamağı nəzərdən keçirdir. Bir neçə gün bundan öncə isə məlum olmuşdu ki, ABŞ hökuməti ByteDance şirkətini qara siyahıya salmağı planlaşdırır.