BİZNES

21 İyul

KOBİA bu istiqamətdə 285 min manatdan çox vəsait yönəldəcək

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) kənd yerlərində sahibkarlıq fəaliyyətinin təşviqi üzrə konsaltinq xidmətinin göstərilməsinə 285 min manatdan çox vəsait yönəldəcək.

www.tender.gov.az saytında dərc olunmuş məlumata görə, «Odlar yurdu» Gənclər İctimai Birliyi ilə 285,41 min manat dəyərində müqavilə bağlanıb.

Prezident İlham Əliyev 2017-ci ilin dekabr ayında “Kiçik və orta sahibkarlıq sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” fərman imzalayıb.