BİZNES

21 İyul

Azərbaycanın Qazaxıstanla mənfi ticarət saldosu 5 dəfədən çox azalıb

Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycanın Qazaxıstan ilə apardığı ticarət mübadiləsinin həcmi 50 404 min ABŞ dolları təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 80 554,6 min dollar və ya 2,7 dəfə azdır.

 Dövlət Gömrük Komitəsinin hesabatı əsasında aparılan hesablamalara görə, cari ilin ilk altı ayında Azərbaycandan Qazaxıstana ixracın həcmi 14 589,9 min dollar təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 3 026,4 min dollar və ya 26,2% çoxdur.

İdxalın həcmi isə 35 814,1 min dollara bərabər olub ki, bu göstərici 2019-cu ilin eyni dövrü ilə müqayisədə 83 309,8 min dollar və ya 3,5 dəfə azalıb.

(c)APA