BİZNES

21 İyul

Azərbaycan Avropada ən çox bu ölkəyə məhsul satıb

Cari ilin yanvar-iyun aylarında Azərbaycan Avropa İttifaqı (Aİ) ölkələri arasında ən çox İtaliyaya məhsul ixrac edib.

Dövlət Gömrük Komitəsindən fins.az-a verilən məlumata görə, Azərbaycanın 6 ayda ən çox məhsul ixrac etdiyi Aİ-yə üzv ölkələr İtaliya, Yunanıstan və Xorvatiya olub. İtaliyaya ixrac olunan məhsulların dəyəri 2 milyard 460,2 milyon ABŞ dolları, Yunanıstana 248,3 milyon dollar, Xorvatiyaya isə 242,9 milyon dollar olub.