Yanvar-iyun aylarında Azərbaycan ilə Moldova arasında ticarət dövriyyəsi 5,2 milyon dolları keçib.
Bu barədə Moldovanın Milli Statistika Bürosu məlumat verib.
Bildirilib ki, 6 ay ərzində ölkəmizin Moldovadan idxal etdiyi məhsulun dəyəri 1,9 milyon dolları ötüb.
Azərbaycandan Moldovaya isə 3,3 milyon dollarldan artıq məhsul ixrac edilib.