BİZNES

21 İyul

Azərbaycanın xarici ticarət dövriyyəsi 9,8 milyard dollar olub

Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla bu ilin yanvar-may aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi 9 milyard 852,5 milyon dollar, o cümlədən ixracın dəyəri 5 milyard 687,4 milyon dollar, idxalın dəyəri 4 milyard 165,1 milyon dollar təşkil edib, nəticədə 1 milyard 522,3 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb.