Android” əməliyyat sistemində yüzlərlə tətbiqi hədəf alaraq istifadəçilərin şifrə və kredit kartı bilgilərini ələ keçirə bilən “BlackRock” adlı zərərli proqram təminatı kəşf olunub.
“ThreatFabric” mobil təhlükəsizlik şirkəti tərəfindən aşkarlanıb.
Şirkət tərəfindən hazırlanan hesabatda “BlackRock”un “Gmail” və “Google Play” başda olmaqla, ümumilikdə 337 tətbiq vasitəsilə istifadəçilərə aid bilgiləri birbaşa hakerlərə göndərə bildiyi qeyd olunub.
Şirkət bu zərərli proqram təminatının “Avast”, “BitDefender”, AVG, “Trend Micro”, “Kaspersky”, “Eset” və “McAfee” kimi məşhur antivirus təminatları tərəfindən heç bir təhlükəyə məruz qalmadığını, “Amazon”, “Google Play” xidmətləri, “Gmail”, “Outlook”, “Netflix”, “Uber”, “Twitter”, “Snapchat”, “Instagram”, “Facebook”, “WhatsApp” tətbiqlərini hədəf ala bildiyini vurğulayıb