BİZNES

20 İyul

Azərbaycanla Belarusun ticarət dövriyyəsi 122 milyon dolları ötüb

Yanvar-iyun aylarında Azərbaycan və Belarus arasında ticarət dövriyyəsi 122 milyon dolları ötüb.

Bu barədə Belarus Dövlət Statistika Komitəsindən məlumat verilib. Hesabat dövründə Belarusdan Azərbaycana ixracın dəyəri 56,4 milyon dollar, ölkəmizdən Belarusa isə 65,7 milyon dollar təşkil edib.

Qeyd edək ki, 2019-cu ildə Azərbaycanla Belarus arasında idxal-ixrac əməliyyatlarının dəyəri 227 milyon dolları ötüb, bu da 2018-ci illə müqayisədə 23 milyon dollar çoxdur.